Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qurban Qurbanov möhtəşəm qələbədən DANIŞDI


Qurban Qurbanov möhtəşəm qələbədən DANIŞDI

"Futbolçularımı təbrik edirəm. Hesabın böyük olmasına baxmayaraq, vacib qələbə əldə etdik".

 

Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"u 3:0 hesabı ilə darmadağın etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.

 

50 yaşlı mütəxəssis çılğın azarkeşləri olan komandaya qarşı oynadıqlarını bildirib: "Burada mübarizə aparmaq xoşdur. Rəqibə uğurlar arzu edirəm. Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq".

 

Qeyd edək ki, “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb. Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağı olub. Georgios Karaiskakis stadionunda oynanılan matç “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayev fərqləniblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də