
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Azərbaycan millisi dünyanın 123-cü komandasıdır.
Komandamızın aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazancla 5 pillə irəliləyib.
Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.
Qardaş Türkiyə yığması 1460,14 xalla 45-cidir. “Ay-ulduzlular” ötən cədvəllə müqayisədə üç pillə geriləyib.
Qeyd edək ki, cədvələ 1841,30 xalla Braziliya başçılıq edir.