Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident bəyan etdi: “Oliqarx kapitalizmi dövrü başa çatır”


Prezident bəyan etdi: “Oliqarx kapitalizmi dövrü başa çatır”

Qazaxıstanda oliqarx kapitalizmi dövrü başa çatır, hökumətin ölkə vətəndaşları qarşısında sosial məsuliyyət dövrü başlayır.
Bunu ölkə prezidenti Qasım-Jomart Tokayev bildirib.

Tokayev bildirib ki, Qazaxıstan hakimiyyəti ölkədəki iri mədən şirkətlərinin fəaliyyətini diqqətlə izləyir və kapitalın xaricə qanunsuz çıxarılmasına imkan verməyəcək.

“Biz onlar tərəfindən müxtəlif sosial proqramların icrasına nəzarət edəcəyik”,- o əlavə edib.


Bundan əlavə, Tokayev vurğulayıb ki, istehsalın modernləşdirilməsi, ətraf mühitin mühafizəsi və vergi ödənişlərinə xüsusi diqqət yetiriləcək. Onun sözlərinə görə, iri müəssisələr şərtləri yerinə yetirməyə razı olmasalar, ortaqlığa xitam veriləcək.

“Bu, heç bir təhlükə deyil, sadə, dürüst və ədalətli iş qaydalarıdır, bütün sivil dünyada qəbul edilir”, - deyə prezident izah edib.
 

Bundan əvvəl Tokayev Qazaxıstanın siyasi sisteminin yenidən qurulacağını bəyan edib. Onun sözlərinə görə, noyabrın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri seçki tsiklinə start verəcək və ondan sonra bütün siyasi sistem köklü şəkildə yenidən işə düşəcək. O, izah edib ki, prezident seçkilərinin nəticələri “diqqəti dayanıqlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların rifahının və həyat keyfiyyətinin yaxşılaşdırılması üzrə uzunmüddətli vəzifələrin həllinə cəmləməyə” imkan verəcək.
 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də