
Erməni silahlı birləşmələrinin Hadrut istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.
APA-nın “Sputnik Armenia” agentliyinə istinadən verdiyi xəbər görə, erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də Hadrut ərazisində atışma olub.
Atışmada üç erməni hərbçi yaralanıb.
Qeyd edək ki, dünən erməni tərəfinin təxribat törətməsi nəticəsində Azərbaycanın bir hərbçisinin yaralanması barədə məlumat yayılıb.