Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı metrosunda eskalator dayandı - Sərnişinlər üçün təhlükə


Bakı metrosunda eskalator dayandı - Sərnişinlər üçün təhlükə

Bakı metrosunda sərnişinlər xəsarət alıblar. 

 

Hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub. 

 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

 

“Hazırda bu istiqamətdə araşdırma gedir. "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb. Nəticədə, eskalator dayanıb. Dərhal texniki baxış keçirilib, hər hansısa texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb. Hadisə qeydə alınıb, lakin xəsarətlə bağlı müraciət olmayıb”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də