Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) strukturun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından irəli gələn vəzifələr həyata keçirilir.
Bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.
O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.
Akademik onu da əlavə edib ki, yeni strukturla işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir.