Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha iki rayonda yaşayış yerini tərk edən COVİD-19 xəstələri müəyən edilib






Cəlilabad və Masallıda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 2 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini M.Abbasov və Masallı sakini Z.Teyyubova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və digər şəxslərin koronavirus infeksiyasına yoluxmasına şərait yaradaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar ictimai yerlərdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də