Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Bu illər ərzində ermənilərin etdikləri günahlar yığıldı və göydən başlarına ələndi..."






“Yalanlar o qədər ermənilərin beynini dumanlaşdırmışdı ki, onlar Qarabağ haqqında fərqli bir şey düşünürdülər. İstənilən adama uşaq vaxtından yüzlərlə yalan desən, sonra bu dominant olur və özü o tüstünü buraxıb həqiqəti dumanlandırır”

Bunu açıqlamasında şair, oftalmoloq Paşa Qəlbinur deyib. Oftalmoloq qələbəmizin dünyanı həqiqəti görməyə məcbur etdiyini bildirib:

“Biz nəinki Qarabağın həlli yolunu dünyaya göstərə bildik, hətta bütün təfəkkürlərdə formalaşan, ermənilərin xeyrinə olan fikirlər alt-üst oldu. Dünyayla yanaşı, ermənilərin siyasətçilərinin, hərbçilərinin təfəkküründə bütün bunlar tamam 180 dərəcə dəyişdi, onlara deyilən, təlqin olunan fikirlərin yüz faiz yalan olduğunu gördülər. Onlar bizim gücümüzü, böyüklüyümüzü bütün mənalarda hiss etdilər. Dünya gördü, bilən bilirdi, bilməzliyə vururdu, çoxusu da bunu bilmirdi və indi bildi. Ancaq ermənilərin özləri də bunun şahidi oldular. Yalanlar o qədər ermənilərin beynini dumanlandırmışdı ki, onlar Qarabağ haqqında fərqli bir şey düşünürdülər. İstənilən adama uşaq vaxtından yüzlərlə yalan desən, sonra bu, dominant olur və özü o tüstünü buraxıb həqiqəti dumanlandırır. Qələbəmiz sözlə ifadə olunmayacaq dərəcədə böyük bir uğurdur. Təkcə hərbi sahədə deyil, bütün mənalarda və zamanın sonsuz nöqtələrinə gedib çıxacaq bir uğurdur. 

Dünyada bu həqiqəti görməyə gözləri kor olan ölkələr də, ikili standarlarla bu məsələyə yanaşanlar da var idi. Gündəlik qayğılar insana imkan vermir ki, bütün dünyanın dərdini çəkəsən. Biz hamımız özümüzü bir qutuda hiss edirdik, sankı həbsxanadaydıq. Bu böyük bir möcüzəydi. Ali Baş Komandanımızın, ordumuzun və xalqımızın sayəsində mümkün olmayan mümkün oldu. Bizə qardaş Türkiyə və Pakistan kimi ölkələr dəstək oldu. Bununla yanaşı, bu illər ərzində ermənilərin etdikləri Allaha xoş getmədi. Bütün bu günahlar yığıldı və göydən başlarına ələndi. Çünki ermənilər çox Allahsız hərəkətlər edirdilər. Atanı övladın gözü qarşısında yandırırdılar. Bu Allahın ədalətli bir qərarı idi və bu günə də qismət oldu”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də