Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid Xəyal Namazovun xatirəsi yad edilib


Şəhid Xəyal Namazovun xatirəsi yad edilib

Oktyabrın 3-də Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xəyal Namazovun ölümünün ildönümü  münasibətilə Xocavənd qəsəbəsində yerləşən "Şəhidlər" Memorial Abidə Kompleksində anım tədbiri keçirilmişdir.

 

Tədbir iştirakçıları öncə Şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

 

Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Vətən müharibəsində qazanılan Zəfərdən və Şəhidin igidliyindən, döyüş yolundan danışıb, təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks hücum əməliyyatları ilə Vətən Müharibəsinin başlanıldığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq səlnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığını bildirib.

 

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Bəxtiyar Hümbətov və Şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları   çıxış edərək, Azərbaycanın bu tarixi Zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaətlərindən, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozmasından və Müzəffər Ali Baş Komandanın iradəli və qətiyyətli mövqeyindən geniş söhbətlər açıblar.
Sonda Xocavənd 4 saylı v Salakətin kənd tam orta məktəbinin məktəblilərinin hazırladığı adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də