Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan ordusunun işğalından azad edilməsindən 2 il ötür.
Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində 2020-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Talış və Madagiz kəndləri işğaldan tamamilə azad olunub.
Oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Madagizin tarixi adı - Suqovuşan adı bərpa edilib.
Həmin gün Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də işğalçılardan təmizlənib.
Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.