Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir... - ÇAĞIRIŞ

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir...
Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə iştirakı təmin olunmaq üçün, əvvəllər ürəyindən açıq cərrahiyə əməliyyatı keçirilən Sənan Həsənoğlu saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəsissəsindən Gəncə İstintaq Təcridxanasına köçürülüb.

Ailəsinin verdiyi məlumata görə, Sənan Həsənoğlu hazırda saxlanıldığı təcridxanada infakt keçirib. Onu təcridxanadan Gəncə Kordiologiya Mərkəzinə köçürüblər. Orada bildiriblər ki, Sənanın ürəyi anju edilməli və bir neçə stend qoyulmalıdır.

Həmçinin deyiblər ki, İcbari Tibbi Sığorta Agentliyi məhkum edilmiş şəxslərin əməliyyatı üçün pul ayırmadığından, anju üçün lazım olan 600 manatı, əməliyyat üçün isə gərəkən 5000 manatı ailənin özü ödəməlidir.

Yalnız bundan sonra həbsdəki jurnalistin əməliyyat edilmək şansı var. Ailəsi deyir ki, 1 il 2 aydır Sənan həbsdədir, nələri var, onun yolunda xərcləyiblər, hazırda əməliyyat üçün tələb olunan məbləğləri yoxdur. Maraqlıdır ki, Sənanı ağır vəziyyətdə yenidən Gəncədəki təcridxanaya köçürüblər.

İnsan hətta ən ağır cinayət törədib, ağır cəzaya məhkum edilsə belə, vətəndaşlıqdan məhrum edilmir. Onda niyə İcbari Tibbi Sığorta Agentliyi məhkumları ödənişsiz müalicə olunmaq haqqından məhrum edir?

Hamı bilir ki, Penitensiar Xidmətə aid qapalı müəsissələrdə ağır əməliyyatları icra etmək üçün lazımi tibbi avadanlıq və şərait yoxdur. Qeyd edim ki, Sənan Həsənoğlu uzun müddət Azərbaycan Dövlət Televiziyasının Qarabağ üzrə bölgə müxbiri olub. Sənanın sağlamlığı ilə bağlı yaranmış ağır vəziyyət əlaqədar qurumlar tərəfindən təcili nəzarətə götürülməlidir.

Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də