Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bir küçənin necə iki adı var? - Yasamalda ilginc fakt - VİDEO

Bəzi küçələr ad üzünə həsrət qalıb, taksi çağıranda, evə qonaq gələndə bilmirsən ki, ünvanı dəqiq necə izah edəsən. İndi təqdim edəcəyimiz süjetdə isə 1 küçənin 2 adı var. Söhbət Yasamal rayonundan gedir. Buradakı Əsəd Əhmədov və ya Dadaş Bünyadzadə küçəsindən. Rəsmi sənədlərdə də adlar fərqli göstərildiyi üçün burada yaşayan insanlar hazırda  çaş-baş qalıb.

Day.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu binanın sakinləri yaşadıqları küçənin adından narazadır. Söhbət Yasamal rayonu Əsəd Əhmədov küçəsindən gedir, ya da Dadaş Bünyadzadə küçəsindən.

Sakinləri dilə gətirən məqam da budur. Küçənin adının dəqiq olmaması... Şəhid ailələrinə məxsus bu binanın sakinləri bildirirlər ki, küçəyə milli qəhrəman Əsəd Əhmədovun adı verilsə də, bu ünvanı əksər adam tanımır.  Elə onlara verilən rəsmi sənədlərdə də fərqli adların qeyd olunması onlara problem yaradır.

Sakinlərin sözlərinə görə bina onların səlahiyyətinə verilən gündən küçənin rəsmi adı Əsəd Əhmədov olaraq adlandılırıb. Küçənin adı yazılmış lövhələr də ərazidəki binaların üzərindən asılıb. Problemlə bağlı onlar hətta bir neçə rəsmi quruma da müraciət ediblər.

Məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsindən 

 bildirildi ki, əraziyə nümayəndə göndərilib və məsələ araşdırılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də