Futbol üzrə Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi öz meydanında “Slaven Belupo”nu 4:1 hesabı ilə yenib.
Mahir sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, 11 tura 31 xal toplayan “Dinamo” turnir cədvəlinin ilk pilləsindədir.