Tehran şəhər parkında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı, general Qasım Süleymaninin heykəli yandırılıb.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
İranlı müxalif jurnalist Məsih Əlinejad instaqram hesabında yazıb:
“İslam Respublikasının rəmzləri bir-bir odda yanır. Birincisi, Xamneyinin şəklinin yandırılması. Sonra baş örtüklərinin yandırılması. İndi də Qasim Süleymaninin heykəlinin yandırılması..".