Bu gün Bakıda - Nərimanov rayonunundakı Fətəli xan Xoyski küçəsi-5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) bal yarmarkası açılıb.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə bal yarmarkasına 120 ton məhsul satışa çıxarılıb.
Yarmarka oktyabrın 20-dək fəaliyyət göstərəcək. Alıcılar hər gün saat 09:00-dan 19:00-dək bal və digər arıçılıq məhsullarını əldə edə bilərlər.
Modern.az yarmarkadan şəkilləri təqdim edir: