
Oktyabrın 2-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq bəzi yollar görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakı-Ələt-Astara, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Xankəndi-Xocavənd, Ucar-Zərdab-Ağcabədi, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Salyan-Neftçala magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.