
İranda kütləvi etiraz aksiyaları zamanı öldürülən azərbaycanlı qızın kimliyi məlum olub.
Sarina İsmayılzadə adlı yeniyetmə qız xüsusi təyinatlı qüvvələr tərəfindən qətlə yetirilib.
Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib. Məlumata görə, 16 yaşlı Sarin başından aldığı zərbələr nəticəsində həyatını itirib.
Bundan əvvəl 20 yaşlı azərbaycanlı Hədis Nəcəfi Kərəc şəhərindəki aksiyalarda güllənərək öldürülmüşdü.