ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Rusiyanın müdafiə və texnologiya sektoru, yüksək səviyyəli rəsmiləri "qara siyahı"ya daxil edilib. Həmçinin, Rusiya ordusunun tədarük zəncirlərini dəstəklədiyinə görə, 14 beynəlxalq şirkətə qarşı sanksiya tətbiq olunub.
Dövlət Departamenti 900-dən çox Rusiya rəsmisinə viza qadağası qoyub.
Qeyd edək ki, Böyük Britaniya və Kanada da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.