Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ayın ilk gününün HAVASI


Azərbaycanda oktyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21°, gündüz 25-28° isti olacaq, Bakıda gecə 19-21°, gündüz 25-27° isti olacaq.

 

Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək . Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 14-19°, gündüz 29-33° isti, dağlarda gecə 5-10°, gündüz 16-21° isti olacağı ehtimalı var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də