Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) baş direktoru İqor Muraşovu saxlayıb və onu naməlum istiqamətə aparıblar.
Bu barədə Ukraynanın "Enerqoatom" agentliyinin prezidenti Pyotr Kotin bildirib.
Onun sözlərinə görə, İqor Muraşovun harada olması barədə dəqiq məlumat yoxdur.
"İqor Muraşovun saxlanılması Avropanın ən böyük atom elektrik stansiyasının fəaliyyəti üçün təhlükə yaradır", - deyə açıqlamada qeyd olunub.