Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şimali Koreya üçüncü dəfə raket atdı


Şimali Koreya Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atıb.

 

Bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, raketlər Şimali Koreyanın Pyonqannam-do əyalətindən atılıb.

 

Bununla da Şimali Koreya sentyabrın 25-dən bu yana Yapon dənizinə doğru üçüncü dəfə raket atıb.

 

Agentlik qeyd edir ki, raketlərin buraxılışı Cənubi Koreya və ABŞ arasında birgə təlimlər fonunda həyata keçirilib. Bildirilir ki, KXDR ABŞ vitse-prezidenti Kamala Harrisin Cənubi Koreyaya səfərinə reaksiya verib. Bu gün, sentyabrın 29-da Harris KXDR ilə sərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya səfər edib.

 

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In sentyabr ayında ölkəsinin nüvə silahına sahib olmaq hüququna malik olduğunu bildirib. O, nüvəsizləşdirmə danışıqlarından imtina edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də