
Müğənni Rəhim Rəhimli vəfat edib.
Bu barədə onun sənət yoldaşları məlumat yayıblar.
43 yaşlı müğənni-bəstəkarın ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, R.Rəhimli bir çox mahnıları ilə tanınıb. O, 2018-ci ildən 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru olub.
Allah rəhmət eləsin!