
Prezident Vladimir Zelenski Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə şücaət göstərmiş bir qrup hərbçini mükafatlandırıb.
Prezidentin mükafatlandırdığı müdafiəçilər sırasında iki azərbaycanlı da var.
Kiçik çavuş Azad Sultan oğlu Cəlalov 3-cu dərəcəli "İgidliyə görə" ordeni ilə təltif olunub.
Kiçik çavuş Vitali Maşallah oğlu Əmirşahov isə "Ukraynaya hərbi xidmət" medalı alıb.