
ABŞ İrana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilir ki, hadisə İraqın şimalında yerləşən Ərbil ərazisində baş verib.
PUA-nın ABŞ Mərkəzi Qüvvələri üçün təhdid yaratdığı qeyd edilib.