
Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib.
“Rusiyanı mümkün qədər tez tərk edin. Bu çağırış beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq edilib”, - nazir deyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ və Polşa vətəndaşlarını Rusiyadan çıxmağa çağırıb.