ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.
Bu barədə "Washington Post" nəşri məlumat yayıb.
Bildirilir ki, yardımın həcmi 1,1 milyard dollardır. Yardım paketinə 18 ədəd HIMARS raket sistemləri və zirehli maşınlar daxildir.
Nəşrin mənbələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin son uğurlarında HIMARS və digər oxşar sistemlər əsas rol oynayıb.
Bundan əlavə, yardım paketinə 300-ə yaxın minik avtomobili, onlarla yük maşını, ağır texnika, radar, rabitə, müşahidə və digər avadanlıqların daşınması üçün qoşqular daxildir
Qeyd edək ki, ABŞ-ın müharibədən sonra Ukraynaya ayırdığı hərbi yardım 15 milyard dollara yaxındır.