
Şəmkirdə 3 piyadanı avtomobil vurub.
Hadisə rayonun Könüllü kəndində baş verib.
Hərəkətdə olan “VAZ-21099” markalı minik maşını yolu qarşı tərəf keçmək istəyən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini, 2010-cu il təvəllüdlü Samir Əliyev və 1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub.
Hər 3 piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.