Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ruslar Ukraynadakı qohumlarına qarşı döyüşəcəklər


Rusiya hökuməti qismən səfərbərliklə bağlı vətəndaşları narahat edən bəzi məqamlara aydınlıq gətirib.

 

Hökumətin yaydığı məlumatda çağırış yaşında olan kişilərin ölkədən və yaşadığı regiondan çıxışına, habelə hərbi xidmətə çağırılmış şəxslərdən başqa digərlərinin xarici pasport almasına qadağa qoyulmadığı bildirilib.

 

Qeyd olunub ki, oktyabr ayında müddətli hərbi xidmətdən ehtiyata buraxılacaq şəxslər qismən səfərbərliklə yenidən hərbi xidmətə çağırıla bilərlər.

 

Bundan əlavə, müqavilə ilə hərbi xidmət keçmiş hərbçilər, 35 yaşınadək əsgər və çavuşlar, 50 yaşınadək kiçik rütbəli zabitlər, 55 yaşınadək yüksək rütbəli zabitlər, ilk növbədə, səfərbərliyə cəlb olunacaqlar.

 

Hərbi xidmətə cəlb olunan əsgər və zabitlərin yuxarı yaş həddi 50, kiçik zabitlərin 60, yüksək rütbəli zabitlərin isə 65 yaş həddində müəyyən olunub.

 

Məlumata görə, xaricdə və Ukrayna hərbçiləri arasında qohumları olanların səfərbərlikdən yayınma hüququ, könüllülər üçün sağlamlıq və yaşla bağlı məhdudiyyət yoxdur.

 

Rəsmi açıqlamada o da qeyd olunub ki, ikili vətəndaşlığı olan şəxslər də səfərbərliyə cəlb olunacaqlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də