
İspaniyanın "Real Madrid" futbol klubu Ukraynaya 1 milyon avrodan çox yardım ayırıb.
Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Vəsait Ukraynadakı müharibənin ağır fəsadlarının aradan qaldırılmasına xərclənəcək. Belə ki, ərzaq, dərman, çarpayı və digər humanitar ehtiyaclar alınacaq.