Türkiyə faiz dərəcələrini azaltmağa davam edəcək və bu dərəcələri artırmayacaq.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" telekanalına müsahibəsində bildirib.
O yenidən qeyd edib ki, faizlərin aşağı salınması inflyasiyanın aşağı düşməsinə səbəb olacaq.
Ərdoğan investorları aşağı faizlərdən yararlanmağa çağırıb.
Qeyd edək ki, Türkiyənin mərkəzi bankı son iki ayda faiz dərəcələrini iki dəfə azaldaraq 12%-ə endirib.