Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanın sabiq müdafiə naziri həbsdə qaldı


Ermənistanda məhkəmə sabiq müdafiə naziri David Tonoyanı həbsdə saxlayıb.

 

Bu barədə onun vəkili Sergey Hovannisyan mətbuata açıqlamasında deyib.

 

Bildirilib ki, yerli məhkəmə növbəti dəfə keçmiş naziri azadlığa buraxmaqdan imtina edib.

 

Məlumata görə, sentyabrın 26-da Tonoyan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün şəxsi mənzilini girov kimi qoymağı təklif edib. Lakin məhkəmə eks-nazirin təklifini rədd edib.

 

Xatırladaq ki, sabiq müdafiə naziri silah təchizatında sui-istifadə hallarına yol verməkdə ittiham olunaraq, həbs edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də