Cari ilin sentyabrın 1-nə olan məlumata əsasən, Quba Rayon Perinatal Mərkəzdə 10 uşaq ölümü qeydə alınıb.
Bunu Quba Rayon Perinatal Mərkəzin direktoru Şəhla Həsənova bildirib.
Onun sözlərinə görə, ölənlər həddən artıq azçəkili və riskli hamiləlikdən doğulan körpələr olub:
"Hazırda klinikada ən az çəkili uşaq 990 qramdır. Hamiləyin 27-ci həftəsində dünyaya gəlib. Vəziyyəti orta-ağırdır. Həyatda qalması üçün həkimlər əllərindən gələni edirlər. Ümumilikdə hazırda küvəzdə vaxtından əvvəl doğulan 5 körpə var".
Ş.Həsənova qeyd edib ki, mərkəzdə il ərzində 300-ə yaxın vaxtından əvvəl doğuş olub:
"Ölkədə ən aşağı körpə ölümü məhz burada qeydə alınıb. Ümumilikdə bu il 1800-ə yaxın körpə dünyaya gəlib".