
"Tehran İrəvanla Bakı arasında danışıqlar platformasına çevrilməyə hazırdır".
Bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovla görüşündə deyib.
“İran şimal qonşularına, yəni Azərbaycan və Ermənistana Tehranda ikitərəfli və üçtərəfli görüşlər, 3+3 regional təşəbbüsü vasitəsilə davamlı sülhə nail olmaq üçün kömək etməyə hazırdır",- diplomat bildirib.
Məlumata görə, tərəflər ikitərəfli münasibətlərə dair məsələləri, Cənubi Qafqazdakı vəziyyəti və regionla bağlı proseslərdə İranın mövqeyini müzakirə ediblər.