Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Saat 12.00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik!