Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycana başsağlığı verib.
B.Yıldırım bununla bağlı tviter hesabında yazıb.
“Qarabağı azadlığa aparan Vətən müharibəsinin başladığı günün ildönümüdür. Can Azərbaycanın torpaq bütövlüyü üçün canlarından keçən şəhidlərimizi rəhmətlə anıram”, - o qeyd edib.
Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.