Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BİRİNCİLƏR ANIM GÜNÜNÜ BELƏ ANDI – FOTO+VİDEO


Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Artıq ikinci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar ölkə miqyasında bir sıra tədbirlər təşkil edilir, Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılır, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstərilir.
Orta və ali məktəblərdə həmin günün ilk dərsi Anım Gününə həsr olunur. Belə məktəblərdən biri də Bakı şəhəri, Suraxanı rayonu, E.N.Qaranzadə adına 270 saylı orta məktəbdə Səyyarə Hüseynovanın rəhbərlik etdiyi 1”C” sinfinin birinciləri ilə baş tutub.
Dərsin ilk dəqiqələrində sinif rəhbəri Səyyarə müəllim şagirdlərə iki il öncə baş tutan, 30 illik həsrətə 44 gün ərzində son qoyan Vətən müharibəsi haqqında körpə fidanların qavrayacağı, dərk edəcəyi  şəkildə ətraflı məlumat vermişdir. Daha sonra əllərində 44 günlük Vətən müharibəsində şücaət göstərib, şəhadətə ucalan igidlərin plakatlarını tutan balacalar qəhrəmanlıq mövzusunda şeirlər səsləndirmişlər.
            Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mənzər Qurbanova


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də