
Ukraynada Rusiya ordusunun yüksəkrütbəli zabiti öldürülüb.
Bu barədə UNİAN agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin 35-ci birləşmiş ordusunun raket qoşunları artilleriyasının rəisi, polkovnik Boris Totikov həlak olub.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Boris Totikovun olduğu qərargahı HİMARS raketləri ilə vurub.