2 nömrəli tam orta məktəbin buraxılış 9-10-11 -ci siniflərinin qabaqcadan planlaşdırılmış və təsdiq edilmiş cədvələ uyğun olaraq məktəbin direktoru Sədaqət Şükürovanın rəhbərliyi ilə valideyn iclası keçirildi.
Sədaqət Şükürova dedi: "Mən çalışıram ki, məktəb ,müəllim, valideyn arasında sıx əməkdaşlıq olsun,bu keyfiyyətli nəticələr üçün zəmin yaradır. həm də neqativ halların qarşısını almaqda kömək edir.Məktəblilərin uğuru təkcə müəllimlərin öz vəzifələrinə layiqincə yerinə yetirməsindən, onun savadından deyil, həm də uşaqların yaşadığı və tərbiyə aldığı mühitin təsirindən də aslıdır.Uşaq üçün mənəvi mərkəz, əxlaqlı təməl ailə, onun dəyərlərindən uzərində qurulur.Mən də çalışıram ki, məktəbimizdə sağlam mühit , gözəl ab -hava yaransın.Şagirdlərimiz diqqətini yayındıran telefonlar məktəbin girişində yığılır, pis vərdişlər haqqında söhbətlər aparılır, görüşlər keçirilir."
İclasda sinif rəhbərləri,valideynlər öz təklif və iradlarını bildirdilər.
Qarşılıqlı hörmət şəraitində keçən iclasımız müəllim-valideyn, məktəb - ailə birgə fəaliyyətinin nümunəsinə çevrildi.