
Ukraynanın İzyum bölgəsində daha iki kütləvi məzarlıq aşkar edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, məzarlıqda yüzlərlə insan cəsədi var: "Söhbət kiçik İzyum şəhərindən gedir, başa düşürsünüz?".
Bundan əvvəl Ukrayna tərəfindən işğaldan azad edilən İzyumda kütləvi məzarlıq aşkar olunmuşdu. Polis məzarlıqda 427 ukraynalının cəsədini tapıb.