Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid anası dünyasını dəyişdi



Bu il avqustun 3-də erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan əsgər Anar Kazımovun anası Səyyarə Kazımova vəfat edib.

 

Bu barədə ailənin yaxınları məlumat yayıb.

 

Şəhid anası Şəmkir rayonunun Qaracəmirli kəndində dünyasını dəyişib.

 

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

 

Onun özündən başqa bir bacısı və bir qardaşı var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də