
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a səfər edəcək.
Bu barədə Qriqoryanın ofisi məlumat yayıb.
O, sentyabrın 26-dan etibarən Vaşinqtonda olacaq. Bildirilir ki, səfər çərçivəsində Qriqoryanın ABŞ-da bir sıra işgüzar görüşlər keçirməsi nəzərdə tutulur.