Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 final oyunları başa çatır


Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyilə “Breyn Rinq” intellektual bilik yarışının on altıncı mövsümü davam edir. 

Bu gün saat 22:00-da İctimai Televiziyada yayımlanacaq buraxılışda “Norm Sement” və “Xızı” komandaları 1/8 final oyunlarının son yarışında mübarizə aparacaqlar. 
 
Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışır. Bundan başqa  yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVID-19 testindən keçməlidir. Qeyd edək ki, bu mövsümdə yarışa qoşulmuş 16 komanda “Bilik” kuboku uğrunda mübarizə aparır. Yarışı hər həftənin cümə günü saat 22:00-də İctimai Televiziyada izləmək mümkündür. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də