İran polisi etirazçı qadınlara qarşı şiddət tətbiq edib.
Polis aksiyaların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib, bəzi yerlərdə isə silaha əl atıb.
Bunu əks etdirən görüntülər sosial mediada yayılıb.
Polisin atəş açması nəticəsində qadınlardan biri xəsarət alıb. Digərinin isə sinəsinə təhlükəsizlik qüvvələri tərəfindən atılan gözyaşardıcı qaz balonu dəyib.