Gürcüstanın Şida Kartli bölgəsində öz nəvəsinə qarşı seksual hərəkətlər edən baba həbs olunub.
Bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, təxminən 50-55 yaşlarında olan kişi 13 yaşlı nəvəsinə təcavüz edib. Artıq saxlanılan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Nəvəsinə qarşı cinsi zorakılıq ittihamı ilə həbs edilən şəxsin yaxınlarının verdiyi məlumata görə, baba təqsirini boynuna almır.
Faktla bağlı istintaq başladılıb.