
Misirin Qahirə-Assuit magistralında dəhşətli qəza baş verib.
Yol qəzasında ikisi uşaq olmaqla, bir ailənin 6 üzvü həlak olub.
Məlumata görə, iki mikroavtobusun toqquşması nəticəsində daha 12 nəfər yaralanıb. Yaralılar Əl-Minya Universitetinin xəstəxanasına çatdırılıb.
Misir prokurorluğu qəza ilə bağlı təhqiqat aparır. Hadisənin nəqliyyat vasitələrinin sürət həddini aşması nəticəsində baş verdiyi bildirilir.