Sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
DİN rəsmisi deyib ki, Qasımova Vüsalə Rizvan qızı məsuliyyətə cəlb edilib. O, onlayn lotereya oynamaq adı ilə 100-ə yaxın şəxsi aldadaraq 200 manatlarını ələ keçirib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.