
Uqandada Ebola virusu sürətlə yayılmağa başlayıb.
Virus artıq ölkənin 5 bölgəsinə yayılıb.
Uqandada ümumilikdə 31 nəfər bu virusa yoluxub, yoluxanlardan 19-u vəfat edib.
Bildirilib ki, virusun yayılma mərkəzi Konqo Demokratik Respublikasından paytaxt Kampala gedən magistral yolda yerləşən Mubende bölgəsidir.
Qeyd edək ki, virus 2000-ci illərin əvvəllərində Uqandada yüzlərlə insanın ölümünə səbəb olub.