Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukrayna və İran arasında gərginlik - Səfir Kiyevdən qovuldu



Ukrayna hökuməti İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib.

 

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilir ki, İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb. Buna səbəb rəsmi Tehranın Rusiyaya Ukraynada istifadə üçün pilotsuz uçuş aparatları (PUA) verməsi olub.

 

Diqqətə çatdırılıb ki, Rusiya bu PUA-lardan Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadə edir. Həmçinin vurğulanıb ki, silahların ötürülməsi İranın ali rəhbərliyinin açıq şəkildə bəyan etdiyi neytrallıq prinsipinə ziddir.

 

"Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - deyə nazirlik bəyan edib.

 

Qeyd edək ki, Ukrayna ordusu Rusiyaya məxsus İran istehsalı 6 PUA-nı zərərsizləşdirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də