Türkiyənin "Baykar" şirkəti bu ay Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "Bayraktar TB2" zərbə PUA-larını tədarük edib.
Bu barədə "Reuters" agentliyi Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, BƏƏ-yə ilkin olaraq 20 PUA təhvil verilib. Tədarüklərin davam edəcəyi deyilir.
Qeyd olunub ki, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı da Türkiyə PUA-ları ilə maraqlanır. Məlumata görə, rəsmi Ər-Riyad Türkiyə PUA-ları üçün yerli fabrik qurmaq istəyir.
Şirkətin icraçı direktoru Haluk Bayraktar ötən ay "Baykar"ın TB2 üçün 22 ölkə ilə ixrac müqaviləsi imzaladığını vurğulayıb.