Üsamə Bin Ladenin təbliğatına cavabdeh olan “sağ əli” Adel Abdel Bari (60) artıq çəkisi səbəbindən koronavirusdan ölüm riski səbəbiylə ABŞ həbsxanasından sərbəst buraxılıb.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, oğlu İŞİD üzvü olan 6 uşaq atası Barinin Londonda 1 milyon funt sterlinq dəyərindəki mənzilinə qayıtdığı bildirilb.
Qeyd edək ki, “Əl-Qaidə” beynəlxalq terror təşkilatının lideri olmuş Üsamə Bin Laden 2011-ci il mayın 2-də Pakistanın Abbottabad şəhərində ABŞ Silahlı Qüvvələri tərəfindən 40 dəqiqə davam edən atışmadan sonra öldürülüb.